Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb
Azərbaycan Cüdo Federasiyası (ACF) “Azərpoçt” MMC ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markasını təqdim edib.

Noyabrın 6-da Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev tərəfindən poçt markasının “söndürülməsi” mərasimi keçirilib.

“Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərinin “Bobruisk Integrated Printing House” çap evində 48 min ədəd tirajla çap olunub.

Xəbər 200 dəfə oxundu.