AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib
iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri və başqaları iştirak ediblər.

İclasda çıxış edən Elçin Məmmədov klubların lisenziyalaşdırılması üzrə yeni qaydalarda ötən mövsümə nisbətən baş vermiş mühüm dəyişikliklər barədə təqdimatla çıxış edib. Toplantıda Misli Premyer Liqasının cari mövsümü ərzində baş verən proseslər, oyunların daha yaxşı təşkili və digər məsələlər müzakirə olunub.

Sonda Sərxan Hacıyev klublara ayrılan maliyyə vəsaiti üçün müəyyən olunan meyarlar barədə məlumat verib və bu mövzuda fikir mübadiləsi aparılıb.

Xəbər 174 dəfə oxundu.