Luis Suares və Edinson Kavani dünya çempionatı üçün Uruqvay millisinə dəvət olunublar
Futbol üzrə Uruqvay millisinin Qətərdə təşkil olunacaq dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Heyətdə qapıçılar - Fernando Muslera ("Qalatasaray", Türkiyə), Serxio Roçet ("Nasyonal"), Sebastyan Sosa ("İndependyente", Argentina), müdafiəçilər - Xose Mariya Ximenes ("Atletiko" Madrid, İspaniya), Sebastyan Koates ("Sportinq", Portuqaliya), Dieqo Qodin ("Atletiko Mineyro", Braziliya), Martin Kaseres ("Los-Anceles Qelaksi”, ABŞ), Ronald Arauxo ("Barselona", İspaniya), Xose Luis Rodriges (“Nasyonal"), Luis Espino ("Kadis", İspaniya), Matias Oliveyra ("Napoli", İtaliya), Matias Vinya ("Roma", İtaliya), yarımmüdafiəçilər - Rodriqo Bentankur ("Tottenhem", İngiltərə), Felipe Karbalyo, Felipe Karbalyo (hər ikisi "Nasyonal"), Matias Vesino ("Latsio", İtaliya), Xiorxyan de Arraskaeta ("Flamenqo", Braziliya), Fakundo Pelyistri ("Mançester Yunayted", İngiltərə), Martin Satriano ("Empoli", İtaliya), Fakundo Torres ("Orlando Citi", ABŞ), hücumçular - Darvin Nunyes ("Liverpul", İngiltərə), Luis Suares ("Nasyonal"), Edinson Kavani ("Valensiya", İspaniya) və Nikolas Lopes ("UANL Tiqres", Meksika) yer alıblar.

Qeyd edək ki, Uruqvay millisi mundialda Portuqaliya, Qana və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.

Xəbər 173 dəfə oxundu.