Bədavi Hüseynov “Qarabağ”ın heyətində ölkə çempionatında 200-cü matçına çıxıb
Azərbaycan Premyer Liqasının üçüncü turunun “Turan Tovuz”la təxirə salınan oyunu Bədavi Hüseynov üçün əlamətdar olub. Otuz bir yaşlı müdafiəçi “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb.

B.Hüseynov Ağdam klubunun heyətində 2012/2013-cü il mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb.

Müdafiəçi bir neçə gün əvvəl daha bir yubileyini qeyd edib. XIII tur futbolçunun “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.

B.Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub.

Xəbər 202 dəfə oxundu.