Azərbaycanlı FİFA hakimi Anar Salmanov məsul oyuna təyinat alıb
Azərbaycanlı FİFA hakimi Anar Salmanov məsul oyuna təyinat alıb. UEFA 32 yaşlı hakimimizə 2014-cü il dünya çempionatının (DÇ-2014) seçmə mərhələsində yığmaların matçını etibar edib.

Belə ki, Salmanov oktyabrın 12-də B qrupunda Çexiya – Malta matçını idarə edəcək. Ona kömək edəcək hakimlərimizin adları hələ açıqlanmayıb. Beynəlxalq səviyyədə son olaraq İspaniya və Səudiyyə Ərəbistan yığmalarının yoldaşlıq görüşündə idarəçilik edən gənc hakimimiz UEFA-nın diqqətini cəlb edib.

Qeyd edək ki, hakimlərimiz uzun illərdir əsas yığmaların rəsmi oyunlarına təyinat almırdı.

Xəbər 993 dəfə oxundu.