Bu gün futzal üzrə Yüksək Liqada ikinci dövrəyə start veriləcək | |
Bu gün futzal üzrə Yüksək Liqada altıncı turun oyunları keçiriləcək. Bununla da liqada ikinci dövrəyə start veriləcək. Günün ilk oyununda “Neftçi” və “Baku Fire” komandaları üz-üzə gələcəklər. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Komandalar arasında baş tutmuş mövsümün açılış matçı qolsuz heç-heçə ilə başa çatmışdı. Bu qarşılaşmadı qeydə alınacaq nəticə turnir cədvəlinin ikinci pilləsində dəyişikliyə səbəb ola bilər. Sonra turnir cədvəlinin lideri “Araz-Naxçıvan” “Alyans”la gücünü sınayacaq. Son çempionun Lənkəran təmsilçisi ilə dueldə büdrəyəcəyi inandırıcı görünmür. Turun sonuncu oyununda “Record club” yeni formalaşan və Avropa çempionatında ölkəmizi təmsil edəcək U-19-la üz-üzə gələcək. |
|
Xəbər 192 dəfə oxundu. |
|
|