Millimizin Xorvatiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 10-da və 13-də Xorvatiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Hər iki oyunun baş hakimi Fəridə Lütfəliyeva olacaq. Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev və Əli Əliyev yerinə yetirəcəklər.

Hər iki oyun “Dalğa Arena”da saat 16:00-da start götürəcək.

Xəbər 185 dəfə oxundu.