Kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kuboku yarışında növbəti oyununa çıxacaq
Kişi voleybolçulardan ibarət “Murov” komandası bu gün Çağırış kuboku yarışında növbəti oyununa çıxacaq.

“Murov” 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində Avstriyanın “Qrats” klubu ilə üz-üzə gələcək.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. İlk görüşdə Azərbaycan təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə üstün olub.

Xəbər 303 dəfə oxundu.