Çağırış kuboku yarışı: "Murov" ilk oyunda Avstriya klubuna qalib gəlib
Kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kuboku yarışında növbəti oyununu keçirib.

“Murov” 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə üz-üzə gəlib. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. İlk görüşdə meydan sahibi Avstriya təmsilçisi olub. Noyabrın 9-da baş tutacaq cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 191 dəfə oxundu.