Almaniyada Zəfər Gününə həsr olunmuş boks turniri təşkil olunub
Almaniyanın Maqdeburq şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş boks turniri keçirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsi dövründə həmrəylik nümayiş etdirən idmançılarımız bu gün də vahid platformada birləşərək Zəfər Günümüzü yüksək səviyyədə qeyd ediblər.

Turnirində boks klublarını ardıcıl olaraq “Tayfun”u Şamil Kərimov, “Hükelhofen”i Pərviz Quliyev, “Şeizvig”i Oqtay Əliyev, “Odlar yurdu”nu Azad Əzizov, “Berlin”i Bəxtiyar İsgəndərzadə, “Potsdam”ı Yavər Lorenz, “Veisvasser”i Peter Pelk təmsil ediblər. Boks yarışı Almaniyada yaradılmış DBL- Diaspora Boks Liqasının Zəfər Gününə həsr olunmuş 1-ci turniri idi.

Qeyd edək ki, turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Xəbər 250 dəfə oxundu.