Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışının bürünc mükafatçısı müəyyənləşib
Bakı İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışının bürünc mükafatçısı müəyyənləşib.

üçüncü yer uğrunda keçirilən görüşdə Türkiyə və dünya yığmaları üz-üzə gəlib.

Görüş 5:5 hesabı ilə başa çatsa da, dünya yığmasının üzvlərindən biri tuşe ilə qalib gəldiyi üçün komanda bürünc medala sahib olub.

Finalda isə Azərbaycan millisi İran yığması ilə qarşılaşacaq. Görüşə saat 18:30-da start veriləcək.

Qeyd edək ki, ilk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gəliblər. İran millisi rəqibini 6:4 hesabı ilə məğlub edib. Daha sonra Qırğızıstana 8:2 hesabı ilə qalib gələn İran seçməsi finala adlayıb.

B qrupunda mübarizə aparan Azərbaycan seçməsi isə dünya yığmasını məğlub edib. Bu qrupda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən turnirdə iştirak etməyib. Bu qələbə komandamıza finala adlamaq üçün yetərli olub.

Xəbər 252 dəfə oxundu.