Joze Mourinyo bu dəfə Mesut Özillə yola getmir
“Real”da problemlər bitmək bilmir. Joze Mourinyo bu dəfə Mesut Özillə yola getmir.
Portuqaliyalı mütəxəssisin bu hərəkətinə Özilin gecə həyatının səbəb olduğu bildirilir. Mesutla son bir il haqda söhbət edən Mourinyo futbolçuya bəzi xəbərdarlıqlar da edib.
Mövsüm başlayandan gecə həyatının olmadığını bildirən Özil “Facebook” səhifəsində bu barədə açıqlama yayıb: “Haqqımda əsassız xəbərlər yayılıb. Guya mən gecə əyləncələrimə görə futbol oynamıram. Bunların hamısı yalan məlumatlardı. Bu mövsüm başlayandan gecələri çölə çıxmıram. Peşaəkarcasına məşqlərə qatılır və oyunumuz barədə düşünürəm”.

Xəbər 980 dəfə oxundu.