“Böyük dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu qızıl medal uğrunda mübarizə aparacaq
Cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir.

Yarışın son günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. İdmançı həlledici qarşılaşmada serbiyalı Aleksandr Kukolla üz-üzə gələcək.

Komandamızın digər üzvləri - Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze, Camal Qamzatxano (100 kq) isə macarıstanlı Riçard Sipoçla qarşılaşacaqlar.

Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.

Xəbər 269 dəfə oxundu.