Mühafizə alayının əsgər və çavuşları arasında yarış təşkil edilib
8 Noyabr - Zəfər Günü ilə əlaqədar kəndirlə mübarizə idman növü üzrə Mühafizə alayının əsgər və çavuşları arasında yarış təşkil edilib.

əsgər və çavuşların asudə vaxtlarının səmərəli keçirilməsi, fiziki inkişafın təşkil edilməsi və Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar qeyd olunması məqsədilə təşkil olunan yarış şəxsi heyət arasında böyük maraqla qarşılanıb.

Yarışmada Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Penitensiar xidmətin və Mühafizə alayının əməkdaşları ilə yanaşı, 44 günlük Vətən müharibəsinin qaziləri də iştirak ediblər.

Yarış qaliblərin mükafatlandırılması və incəsənət xadimlərinin konsert proqramları ilə yekunlaşdırılıb.

Xəbər 249 dəfə oxundu.