Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb.

Yetmiş üç kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz həlledici mərhələdə kanadalı Artur Margelidona qalib gələrək birinci yeri tutub.

“Böyük Dəbilqə” turnirinin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medala sahib olublar.

Xəbər 223 dəfə oxundu.