Françesko Totti yeni bir rekorda imza atıb
“Roma”nın vuran ayağı Françesko Totti yeni bir rekorda imza atıb. DÜnən “Sampdoriya”yla qarşılaşmanın 35-ci dəqiqəsində komandasını hesabda irəli keçirən Totti A seriyasında 216-cı qoluna imza atıb. Bununla da o, A seriyasının ən çox qol vuran futbolçuları siyahısında 3-cü pilləyə yüksəlib.
Xatırladaq ki, İtaliyada ən çox qol vuran futbolçu Silvio Pioladır. A seriyasında 537 dəfə meydana çıxan futbolçu 274 dəfə rəqibini məyus etməyi bacarıb. Piola 1996-cı ildə vəfat edib.

Xəbər 1340 dəfə oxundu.