“Barselona” klubu yarış üçün hədəfini açıqlayıb
Futzal üzrə UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi olan İspaniyanın “Barselona” klubu yarış üçün hədəfini açıqlayıb. Komandanın aparıcı futbolçularından olan Serxio Lozano Avropanın klub turnirində ən yaxşı olmaq iddiasını ortaya qoyub.

O bildirib ki, komandasının hədəfi təkcə elit-raundda “Araz”, Sloveniya “Litija”sı və Xorvatiya “Split”ini udmaqdan ibarət deyil: “İndi hələ tam formada deyilik. Mövsümün gedişində daha da kamilləşəcəyik. Hədəfimiz təkcə elit-raundda deyil, kubokun qalibi olmaqdır. Ötən il qazandığımız mükafatı əldən verməyəcəyik”.

Xəbər 863 dəfə oxundu.