İtaliya çempionatının V turunda maraqlı hadisə yaşanıb
İtaliya çempionatının V turunda maraqlı hadisə yaşanıb. “Napoli” ilə səfər matçında “Latsio”nun futbolçusu Miroslav Kloze hakimdən vurduğu qolun qeydə alınmamağını xahiş edib.

Almaniyalı futbolçu topu neapolluların qapısından əli ilə keçirsə də, hakim mərkəzi göstərib. Lakin Klozenin özü hakimə yaxınlaşaraq, topa əllə toxunduğunu bildirib.

Hücumçunun bu hərəkəti “Napoli”nin baş məşqçisi Valter Matsarinin xoşuna gəlib. O, Klozenin əsl kişi olduğunu və bu hərəkəti edə biləcək başqa bir futbolçu tanımadığını deyib.

Qeyd edək ki, “Napoli” – “Latsio” matçı 3:0 hesabı ilə başa çatıb.

Xəbər 814 dəfə oxundu.