Türkiyə kubokunda II mərhələnin oyunları keçirilib
Türkiyə kubokunda II mərhələnin oyunları keçirilib. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu “Adanadəmirspor” aşağı dəstə təmsilçisi “Çorumlu Bələdiyyəspor”la qarşılaşıb.

Adanalılar səfər oyununda 1:2 hesabı ilə uduzaraq, kubok uğrunda mübarizədən kənarlaşıb. Kubokdakı oyunda Cavid də meydana çıxıb. Həmyerlimiz start heyətində çıxdığı matçda əvəzolunmadan meydanda olub.

Türkiyə mətbuatı onun oyununu 5 xalla qiymətləndirib.

Xəbər 825 dəfə oxundu.