“Metallurq” Latviya çempionatında növbəti oyununu keçirib
Milli komandamızın hücumçusu çıxış etdiyi “Metallurq” Latviya çempionatında növbəti oyununu keçirib. Liepaya təmsilçisi XXX turda “Ventspils”i qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Metallurq”a 3 xal qazandıran qolu rəqib qapısından “İnter”in sabiq forvardı Girts Karlsons keçirib.
Son oyunlarda ehtiyatda qadan Vüqar bu dəfə də oynamayıb. Həmyerlimiz bu dəfə matçın iştirak ərizəsinə daxil edilməyib.

Xəbər 859 dəfə oxundu.