Yui Haseqava dünya çempionatları tarixinə düşüb
Yaponiya millisinin futbolçusu Yui Haseqava dünya çempionatları tarixinə düşüb. Asiyalı futbolçu Azərbaycanda keçirilən mundialın Yeni Zelandiya ilə qarşılaşmasında fərqlənib.

Belə ki, Yui meydana sonradan çıxsa da, 2 qol vurmağı bacarıb. 17 yaşadək qızların dünya çempionatları tarixində 2-ci dəfədir ki, komanda yoldaşını əvəzləyən oyunçu dubl müəllifi olur. 2 il əvvəl Cənubi Koreya millisinin üzvü Yeo Minji CAR-la qarşılaşmada eyni nailiyyətə imza atmışdı.

Xəbər 865 dəfə oxundu.