Ən məhsuldar futbolçu
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Mundialın ilk 2 turunun qəhrəmanı Çinvendu İhezuodur.

Nigeriyalı 6 qol və 4 məhsuldar ötürmə ilə bütün göstəricilərdə çempionatın 1 nömrəli futbolçusudur. O, bunlardan 5 qol və 4 ötürməni millimizlə 11:0 hesabı ilə nəticələnən matçda hesabına yazıb.

Qollar

1. Çinvendu İhezuo (Nigeriya) – 6
2. Ri Un Sim (KXDR) – 4
3. Ri Kyonq Hyanq (KXDR) – 3


Məhsuldar ötürmələr

1.Çinvendu İhezuo (Nigeriya) – 4
2. Ri Kyonq Hyanq (KXDR) – 2
Yui Haseqava (Yaponiya) – 2
Ri Hyanq Sim (KXDR) - 2

Qol+ötürmə

1. Çinvendu İhezuo (Nigeriya) – 10 (6+4)
2. Ri Kyonq Hyanq (KXDR) – 5 (3+2)
3. Ri Un Sim (KXDR) – 4 (4+0)
4. Yui Haseqava (Yaponiya) – 4 (2+2)
Ri Hyanq Sim (KXDR) - 4 (2+2)

Xəbər 1034 dəfə oxundu.