Bayramov Oqtay Nəsib oğlu

Oqtay Nəsib oğlu Bayramov 1945-ci ildə Qazax şəhərində anadan olub.
1968-ci ildə Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun İspan dili şöbəsini bitirib.

1966-1967-ci illərdə Kuba Respublikasında tərcüməçi işləyib. 1968-ci ildən 1995-ci ilədək “İdman” (“Sport”) qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1974-1992-cü illərdə redaktor müavini, 1992-1995-ci illərdə baş redaktorun birinci müavini olub. 1995-ci ilin noyabr ayından “Xalq qəzeti”ndə çalışır.

1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslavakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarının, 1993-cü ildə Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsini birbaşa yarış meydanından işıqlandırıb.

Azərbaycan idmanının təbliğində və inkişafında xidmətlərinə görə respublikanın əməkdar jurnalisti, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. Həsən bəy Zərdabi mükafatı laureatıdır.

Ailəlidir, iki övladı var.

Xəbər 5925 dəfə oxundu.