Bakıda mentorlar və gənc hakimlər üçün seminar təşkil olunub
AFFA-nın inzibati binasında mentorlar üçün seminar keçirilib.

UEFA mentoru, inspektoru və mütəxəssisi Jorn Vest Larsen “Talant paneli” çərçivəsində mütəxəssislərə seminar keçib, onların bilik və bacarıqlarını inkişaf etdirmək istiqamətində məlumatlandırıb.

İki gün davam edən seminarda mentorluğun inspoktorluqdan fərqi izah edilib, hakimlərin inkişafı üçün onlara necə yanaşmalı olduqları vurğulanıb.

Türk mütəxəssis Burçin Kəskinin iştirakı ilə isə Azərbaycan Premyer Liqasına, Birinci Diviziona təyinat alan və inkişaf qrupunun hakimlərinə seminar keçirilib. Hər iki seminara AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək rəhbərlik edib.

Xəbər 189 dəfə oxundu.