Bu gün Azərbaycan Basketbol Liqasında dördüncü tura yekun vurulacaq
Bu gün "Sərhədçi" İdman Mərkəzində iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) dördüncü turuna yekun vurulacaq.

əvvəlcə "Sabah" və "Gəncə" klubları üz-üzə gələcəklər. Oyun 18:30-da start götürəcək. Görüşü https://www.youtube.com/watch?v=Cyh4DHcbdgI linkinə daxil olaraq izləmək mümkün olacaq.

Digər görüşdə isə "Zirvə Astara" klubu "Sərhədçi" ilə qarşılaşacaq. Qarşılaşmaya saat 21:00-da start veriləcək. Oyunu https://www.youtube.com/watch?v=vZBH2E6RjYc linkindən izləmək mümkündür

Dördüncü turun ilk oyunlarında NTD komandası "AAAF Xırdalan"ı 99:97, “Olimpik Şəki” isə "Neftçi"ni 76:73 hesabı ilə məğlub edib.

Turnir cədvəlinə 8 xalla NTD komandası liderlik edir. “Gəncə” 6 xalla ikinci, “Sabah” isə 5 xalla üçüncü pillədə yer alıblar.

Xəbər 253 dəfə oxundu.