Bu gün Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu keçiriləcək.

Günün ilk matçında “Qəbələ” klubu “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 19 xalla dördüncü, “Qəbələ” isə 17 xalla 5-ci pillədə qərarlaşıb.

Günün digər oyununda “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Bakı təmsilçisi 25 xalla üçüncü, “Sumqayıt” isə 4 xalla sonuncu - onuncudur.

Tura noyabrın 6-da keçiriləcək “Səbail” – “Sabah” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Ötən gün turun ilk oyununda “Turan Tovuz” komandası “Şamaxı”nı qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəlinə 33 xalla “Qarabağ” başçılıq edir. “Sabah” isə 31 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər 258 dəfə oxundu.