Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku yarışına start verilib | |
Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku yarışına start verilib. Yarışın birinci günündə A və B qrupunda qarşılaşmalar keçiriləcək. İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gəlirlər. Saat 16:00-da turnirin açılış mərasimi olacaq. Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək. B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən turnirdə iştirak etməyəcək. Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq. |
|
Xəbər 266 dəfə oxundu. |
|
|