Azərbaycan millisi Yunanıstan, Bosniya və Herseqovina və Fransa yığmaları ilə qarşılaşacaq
Final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Mübarizəyə əsas mərhələdən başlayacaq millimiz 5-ci qrupda Yunanıstan, Bosniya və Herseqovina və Fransa komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları gələn il martın 21-26-da keçiriləcək.

Xəbər 177 dəfə oxundu.