"Qarabağ" UEFA-nın klub reytinqində irəliləyib
Ağdamın "Qarabağ" komandası UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.

Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – altıncı turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.

“Qarabağ” klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə edib. Məhz bu nəticə "Qarabağ"ın reytinqdə irəliləməsinə səbəb olub.

Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.

Xəbər 182 dəfə oxundu.