Futbol üzrə Azərbaycan Premyer Liqası: "Şamaxı" komandası "Turan Tovuz"a qalib gəlib
"Şamaxı" futbol üzrə Azərbaycan Premyer Liqasının 2022-2023 mövsümündə ilk qələbəsini qazanıb.

Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda XIII turda səfərdə "Turan Tovuz"la üz-üzə gəlib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şamaxı klubunun qollarına Kamran Quliyev, Rauf Hüseynli və Fuad Bayramov imza atıb.

Tovuz təmsilçisinin yeganə qolunu Runi Eva penaltidən vurub.

Bu nəticədən sonra xallarının sayını yeddiyə çatdıran "Şamaxı" doqquzuncu pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla altıncı sıradadır.

Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da keçiriləcək.

Xəbər 314 dəfə oxundu.