Həndbol üzrə qadınlardan ibarət millilərinin Avropa zonası üzrə seçmə mərhələsinin oyunları başlanılıb
Həndbol üzrə qadınlardan ibarət milli komandalar arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunları başlanılıb.

Birinci mərhələdən mübarizəyə başlayan Azərbaycan yığması noyabrın 3-də Portuqaliya millisinin qonağı olub.

Paredes şəhərinin “Multiusos de Paredes” arenasında keçirilən görüş 32:19 hesabı ilə Portuqaliya təmsilçisinin xeyrinə başa çatıb.

Xəbər 246 dəfə oxundu.