Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya yığması ilə yoldaşlıq oyunlarında gücünü sınayacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 7-dən 13-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Komandamız hazırlıq çərçivəsində noyabrın 10-da və 13-də Xorvatiya millisi ilə iki yoldaşlıq oyunu keçirəcək.

“Dalğa Arena”da keçiriləcək hər iki qarşılaşma saat 16:00-da başlayacaq.

Xəbər 183 dəfə oxundu.