UEFA Avropa Liqası: Dörd qrupda mübarizəyə yekun vurulub
UEFA Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları davam edir.

Artıq 4 qrupda mübarizəyə yekun vurulub və daha 4 komanda adını növbəti mərhələyə yazdırıb.

F qrupunda Danimarkanın "Midtüllan" və Niderlandın "Feyenoord", "Qarabağ"ın yer aldığı G qrupunda Fransanın "Nant", H qrupunda isə "Monako" klubu pley-offa adlayıb.

Daha əvvəl "Arsenal" (İngiltərə), PSV (Niderland), "Fənərbağça" (Türkiyə), "Renn" (Fransa), "Betis" (İspaniya), "Yunion" (Belçika), "Mançester Yunayted" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş" (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.

Günün oyunlarının nəticələri:

E qrupu

"Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:0

"Şerif" (Moldova) - "Omoniya" (Kipr) - 1:0

Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 15, "Şerif" - 6, "Omoniya" - 0

F qrupu

"Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya) - 1:0

"Feyenoord" (Niderland) - "Latsio" (İtaliya) - 1:0

Xal durumu: "Midtüllan" - 8, "Feyenoord" - 8, "Latsio" - 8, "Şturm" - 8

G qrupu

"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya) - 1:1

"Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa) - 0:2

Xal durumu: "Frayburq" - 14, "Nant" - 9, "Qarabağ" - 8, "Olimpiakos" - 2

H qrupu

"Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan) - 1:0

"Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya) - 3:1

Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 10, "Trabzonspor" - 9, "Srvena Zvezda" - 6

Xəbər 183 dəfə oxundu.