UEFA Avropa Liqası: "Qarabağ" - “Frayburq” oyunu başlayıb
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb.

Ağdam təmsilçisi G qrupunun altıncı turu çərçivəsində Almaniyanın "Frayburq" klubunu qəbul edir.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

“Frayburq”un heyətində meydana Noah Atubolu, Uqo Sike, Lukas Höler, Yannik Kaytel, Nils Petersen, Kevin Şade, Robert Vaqner, Kiliann Sildillia, Kristian Günter, Keven Şlotterbek və Noah Veybhaupt çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edir.

Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransanın "Nant" klubunu qəbul edir. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

G qrupunda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.

Xəbər 203 dəfə oxundu.