Zəfər Gününə həsr olunmuş voleybol turnirinə yekun vurulub
2007-2009-cu il təvəllüdlü voleybolçu oğlanlar arasında Zəfər Gününə həsr olunmuş voleybol turnirinə yekun vurulub.

Turnir 90 nömrəli tam orta məktəbin idman zalında təşkil olunub və 10 komanda birincilik uğrunda mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşlərdən sonra 72 nömrəli tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb.

90 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 169 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Xəbər 266 dəfə oxundu.