Xəzər rayonunda “Abad həyat, sağlam həyat” deviz ilə idman turniri keçirilib
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Sağlam həyatın təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə idman tədbiri keçirilib.

ədbirin keçirilməsində məqsəd rayonda idman kütləviliyinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Buzovna İdman Zalında təşkil olunmuş yarışda Xəzər rayonunun yeniyetmələri iştirak ediblər.

Tədbirdə iştirak edən yeniyetmələrə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Xəbər 231 dəfə oxundu.