Səhiyyə Nazirliyinin əməkdaşı ciu-citsu üzrə dünya çempionatında bürünc medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən ciu-citsu üzrə növbəti dünya çempionatında Səhiyyə Nazirliyinin əməkdaşı Emil Qurbanov bürünc medal qazanıb.

Altmış iki ölkədən dörd yüzdən çox idmançının mübarizə apardığı çempionatda Azərbaycan atletləri də yarışıblar. Yığma komandanın heyətində yer alan Emil Qurbanov Mərakeş, İran və Yunanıstan idmançılarına qalib gələrək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, idman ustası E.Qurbanov bundan öncə də bir çox beynəlxalq çempionatlarda medallar qazanıb.

Xəbər 249 dəfə oxundu.