UEFA Çempionlar Liqası: 1/8 finala yüksələn 14 komandanın adına aydınlıq gəlib
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun daha 6 oyunu keçirilib.

Bununla da 1/8 finala yüksələn 14 komandanın adına aydınlıq gəlib.

“D” qrupunda Fransada "Marsel"ə 1:2 hesabı ilə qalib gələn İngiltərənin "Tottenhem" klubu 1-ci, Portuqaliyada "Sportinq"i eyni hesabla məğlub edən Almaniya "Ayntraxt"ı isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb.

Niderlandın "Ayaks", Almaniyanın “Bayer Leverkuzen”, İspaniyanın "Barselona" və Portuqaliyanın "Sportinq" klubları mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti" və "Çelsi", Almaniyanın "Bavariya" və "Borussiya Dortmund”, İspaniyanın "Real Madrid", Fransanın “PSJ”, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar.

Xəbər 215 dəfə oxundu.