UEFA Çempionlar Liqası: "Atletiko Madrid” klubu avrokuboklarla vidalaşıb
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

Artıq B qrupunda mübarizəyə yekun vurulub.

Portuqaliyada İspaniyanın "Atletiko Madrid” komandasına 2:1 hesabı ilə qalib gələn "Portu" 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi sonuncu yeri tutaraq avrokuboklarla vidalaşıb.

Almaniyada “Bayer Leverkuzen”lə qolsuz heç-heçə edən Belçika "Brügge"si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup 3-cüsü olan “Bayer Leverkuzen” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Xəbər 197 dəfə oxundu.