UEFA növbəti dəfə “Qarabağ” klubu ilə bağlı paylaşım edib
UEFA növbəti dəfə “Qarabağ” klubu ilə bağlı paylaşım edib.

Qurum Avropa Liqasının tviter hesabında Azərbaycanın turnirin qrup mərhələsindəki təmsilçisinin fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşımda Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasında bu mövsüm keçirdiyi 11 matçın hamısında qalib gəldiyi vurğulanıb.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 5 matçdan 2-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də isə uduzub.

Xəbər 197 dəfə oxundu.