AFC ASED liqasının seçim mərhələsinin üçüncü turuna yekun vurulub
MMA üzrə “ASED Fighting Championship” (AFC ASED) liqasının seçim mərhələsinin üçüncü turuna yekun vurulub.

üçüncü turda 10 peşəkar və 6 həvəskar döyüş təşkil olunub.

Turun əsas döyüşləri Cəmil Yusifov ilə Ayxan Süleymanov, iranlı Behnam Salimi ilə Heydər Qasımzadə arasında baş tutub.

“Qəbələ” idman klubunun təmsilçisi C.Yusifov rəqibinə texniki nokautla, İran idmançısı isə hakimlərin qərarına əsasən qalib gəliblər.

Döyüş gecəsində 17 yaşlı Cavid Rzayev ilk peşəkar döyüşünü keçirib. Həm təcrübə, həm də yaş baxımından özündən üstün rəqibini məğlub edərək güclü olduğunu göstərib.

Xəbər 367 dəfə oxundu.