“Hakken” klubu ilk dəfə İsveç çempionu olub
Futbol üzrə İsveç çempionatında mövsümün qalibi müəyyənləşib.

“Hakken” sona bir tur qalmış “Höteborq”u 4:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.

Komanda 29 turdan sonra 63 xal toplayıb. "Hakken"i 57 xalla “Yurqorden” izləyir. Üçüncü pillədə isə 53 xalı olan “Hammarbü” qərarlaşıb.

Bu, “Hakken”in tarixində ilk çempionluğudur. 1940-cı ildə yaranmış klubun bundan əvvəl ən yaxşı nəticəsi 2012-ci ildə gümüş mükafat qazanması olub.

Xəbər 191 dəfə oxundu.