Yozef Blatter: Braziliya millisi öz oyununu oynasa, çempion olacaq
17 yaşlı qızlar arasında Dünya Kubokunun final mərhələsinin açılış oyununu izləmək üçün Bakıya səfər edən FİFA prezidenti Yozef Blatter, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının təşkil etdiyi Gənc Reportyorlar Proqramının ilk toplantısında da iştirak etdi.

İdman.com.az saytının məlumatına görə, ali qurumun rəhbəri 2014-cü ildə Braziliyada keçiriləcək planetin ən güclülərinin yarışına ev sahibləyi edən milli komandanın da şansını dəyərləndirdi.

Onun sözünə görə, pentakampeonlar öz oyun üslublarından kənara çıxmasa, növbəti Dünya Kubokuna sahib çıxa bilər: «Braziliya seçmə komandası öz futbolunu oynayacağı təqdirdə çempion ola biləcək. Amma Avropa oyun tərzinə üstünlük versə, onda onların qalib gəlmək şansları aşağıdır».

Xəbər 962 dəfə oxundu.