Musa Qurbanlı “Qarabağ”da 20-ci qolunu vurub | |
Musa Qurbanlı “Qarabağ”da 20-ci qolunu vurub. İyirmi yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunda buna nail olub. “Şamaxı” ilə səfər görüşündə (4:0) dubl edən forvard Ağdam klubundakı qol sayında 20-yə çatıb. O, bunu 40-cı matçında rəsmiləşdirib. Futbolçu Premyer Liqada 19, ölkə kuboku yarışında 1 dəfə rəqib qapısına yol tapıb. M.Qurbanlı ölkə çempionatlarında da 20-ci qoluna sevinib. O, bir dəfə “Zirə”də, 19 dəfə “Qarabağ”da fərqlənib. Hücumçu 38-ci oyunda buna çatıb. Qeyd edək ki, futbolçunun həm Premyer Liqa, həm “Qarabağ”dakı ilk qolu 2020-ci il noyabrın 8-də baş tutan “Neftçi” ilə səfər qarşılaşmasına (6:0) təsadüf edib. |
|
Xəbər 316 dəfə oxundu. |
|
|