“Kopenhagen” – “Borussiya” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi Ə.Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matç noyabrın 3-də Danimarkada oynanılacaq.

Xəbər 187 dəfə oxundu.