Jurnalistlər üçün növbəti kartinq çempionatı keçirilib
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) jurnalistlər üçün növbəti kartinq çempionatı keçirib. Bakı Kartinq Mərkəzində keçirilən yarış yeni F-1 mövsümü öncəsi media nümayəndələrinin yenidən bir araya gəlməsi üçün yaxşı fürsət olub.

üç ayrı qrupda mübarizənin getdiyi yarışın təsnifat mərhələsindən sonra ən yüksək sürət göstərmiş üç iştirakçı final mərhələsinə yüksəlib. Nəticələrə əsasən, birinci yerin qalibi “İdman TV” kanalının şərhçisi və aparıcısı Fərid Ramazanov olub. F-1.az saytının redaktoru Elçin Zodorov yarışı ikinci, “İctimai TV”nin müxbir və aparıcısı Fəridə Abdullayeva isə üçüncü olub. Qaliblərə BŞH-nin milli mətbuat katibi Turab Teymurov tərəfindən mükafatlar təqdim olunub.

Qeyd edək ki, BŞH Formula 1 yarışının və digər avtoidman növlərinin ölkəmizdə təbliği məqsədilə hər il yerli mətbuat nümayəndələri üçün kartinq çempionatı təşkil edir.

Xəbər 219 dəfə oxundu.