YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib.

Respublikanın 76 şəhər və rayonunun təmsil olunduğu turnirdə ümumilikdə 80 kişi və 80 qadın olmaqla 160 gənc iştirak edir. On qrupda təşkil olunan görüşlər Bakı, Xaçmaz, İmişli, Ucar, Gəncə, Yevlax, İsmayıllı və Şirvanda keçirilib.

Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 7-də Ucar rayonunda keçiriləcək pley-off mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 217 dəfə oxundu.