“Kəpəz” klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb
Gəncənin “Kəpəz” klubu cari mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Bu, klub tarixinə ölkə çempionatının yüksək dəstəsində əldə olunan 70-ci böyük hesablı ev qələbəsi kimi düşüb. Öz meydanında üç və ya daha çox top fərqi ilə qazanılan qələbə sayında “Kəpəz” yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır.

Gəncə təmsilçisi bunadək evdəki sonuncu belə qələbəsini 2016-cı il yanvarın 30-da “Qəbələ” ilə görüşdə bayram edib – 3:0.

Qeyd edək ki, “Kəpəz”in Gəncədəki ilk böyük hesablı qələbəsi 1992-ci il mayın 11-də “Avey”lə görüşdə qeydə alınıb – 4:0.

Xəbər 220 dəfə oxundu.