“Araz-Naxçıvan” komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Araz-Naxçıvan” futzal klubu 5-ci qrupda sonuncu oyununu keçirib.

Təmsilçimiz Bosniya və Herseqovinanın “Mostar” komandası ilə üz-üzə gəlib.

Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da oynanılan matçda “Araz-Naxçıvan” komandası 2:3 hesabı ilə məğlub olub. Azərbaycan çempionunun heyətində Vitao və Andreu fərqləniblər.

Naxçıvan təmsilçisi daha əvvəl İsveçin “Orebro” (2:5) və “Serbiyanın “Lozniça Qrad” (4:1) komandalarına da uduzub.

Beləliklə, komandamız UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Xəbər 217 dəfə oxundu.