Azərbaycan Premyer Liqası: “Neftçi” “Zirə”yə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində oktyabrın 29-da daha iki oyun keçirilib.

Günün ikinci matçında “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb. Flaqman rəqibini üç cavabsız qola məğlub edib.

Qolları Yeqor Boqomolski, Qodsvey Donyo və Emin Mahmudov vurublar.

Bu matçından sonra xallarının sayını 25-ə çatdıran “Neftçi” turnir cədvəlində üçüncü pillədəki yerini möhkəmləndirib. “Zirə” isə 19 xalla dördüncü sırada qərarlaşıb.

Bu gün keçirilən ilk oyunda isə “Kəpəz” “Səbail”ə qalib gəlib– 3:0.

Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz” öz meydanında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

Tura oktyabrın 30-da keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Xəbər 289 dəfə oxundu.